Apreldə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

Bu ilin aprel ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 242 min 574 ton Azərbaycan nefti nəql edilib.

SOCAR-ın mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, yanvar-aprel aylarında kəmərlə 8 milyon 724 min 383 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il may ayının 1-dək BTC-yə 330 milyon 262 min 445 ton neft vurulub.

Bundan başqa, aprel ayında BTC ilə 546 min 171 ton Türkmənistan nefti də nəql olunub./AZƏRTAC.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR