Ata qızını azərbaycanlı modellə evləndirmək üçün izdivac verilişinə gətirdi - VİDEO

Ata qızını azərbaycanlı modellə evləndirmək üçün izdivac verilişinə gətirdi - VİDEO
12:18 2 May 2017
Ölkə mətbuatı
A- A+

Türkiyədə Star televiziyasında yayımlanan "Zuhal Topalla izdivaç" verilişində iştirak edən Əli Əkbər adlı azərbaycanlı model studiyaya qonaq gələn qıza aşiq olub.

Publika.az xəbər verir ki, Əlinin Melisa adlı qızla uzaqdan-uzağa baxışması studiyada oturan tamaşaçıların gözündən qaçmayıb. Bu barədə verilişin aparıcısı Zuhal Topala bildirən tamaşaçılar Əlinin qızı çox bəyəndiyini söyləyib. Verilişdə qızın atası Cüneyt bəy də iştirak edib. Cüneyt bəy azərbaycanlı modeli bəyəndiyini gizlətməyib. Onun sözlərinə görə, Əli ilə Meliasının evlənməsini arzu etdiyini bildirib.

O, özünün də 3 il əvvəl evlilik proqramlarından birində ailə həyatı qurduğunu, elə bu səbəblə də qızını studiyaya gətirib. Sonda Əli qızın atasının gözləri qarşısında Melisanın əlindən tutaraq kürsüyə aparıb. Əli qızın çox gözəl gözləri olduğunu da etriaf edib.

Xatırladaq ki, Əli verilişdə Naz Mila adlı gəlin namizədi ilə dəfərlərlə ayrılıb barışıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/197248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR