Azərbaycanda bu qadınların sayı 20%-i keçir

Azərbaycanda bu qadınların sayı 20%-i keçir
12:37 2 May 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan qanunvericiliyində qadın və kişi olmasından asılı olmayaraq, bütün insanlar üçün bərabər əmək hüququ təmin edilib və əmək hüququnun müqabilində qadın və kişilər eyni işə görə bərabər əmək haqqı alırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, sadəcə olaraq, qadınlar peşə seçimi etdiyi zaman daha az əmək haqqısı olan fəaliyyət sahələrini seçirlər: "Bu gün qadınlar daha az əmək haqqı sistemi olan təhsil və digər sahələrdə daha çox işləyirlər. Buna görə də qadınların maaşlarının kişilərlə müqayisədə az olması təsəvvürü yaranır. Amma ümumilikdə qanunvericilikdə qadın və kişi olmasından asılı olmayaraq, əməklə məşğul olan insan üçün bərabər əmək haqqı nəzərdə tutulur".

A.Sofiyeva bildirib ki, Azərbaycanda qadına inam hər bir zaman olub: "Bu gün idarəçilik orqanlarında, Milli Məclisdə, bələdiyyələrdə, sahibkarlıqda qadın iştirakçılarının artdığını görürük. Bu da inkişafın göstəricisidir. Amma bu rəqəmlər bizi qane etmir. Bu gün Azərbaycan qadının potensialı imkan verir ki, onun cəmiyyətdəki iştirakçılığı daha da çox olsun. Bu gün artıq bələdiyyələrdə təmsil olunan qadınların sayı 40%-ə yaxınlaşır. Sahibkarlıq sahəsində qadınların sayı 15-17% idisə, bu gün onların sayı artıq 20%-i keçir. Biz hər bir sahədə qadınların sayının artdığını görürük".

A.Sofiyeva bildirib ki, Azərbaycanda qəbul edilən hər bir dövlət proqramında gender komponenti var: "Bütün bunlar ona görə həyata keçirilir ki, gender bərabərliyi təmin olunmadan cəmiyyəti inkişaf etdirmək mümkün deyil. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması çox əhəmiyyətlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR