"Azərbaycanda rəsmi qeydə alınan məişət zorakılıqları reallıqdakından daha azdır"

"Azərbaycanda rəsmi qeydə alınan məişət zorakılıqları reallıqdakından daha azdır"
12:47 2 May 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda rəsmi olaraq, qeydə alınan məişət zorakılığı hallarının sayı reallıqda baş verən zorakılıq hallarının sayından daha azdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycanda məişət zorakılığı hallarının sayı getdikcə azalır:

"Təbii ki, bunlar yalnız statistik rəqəmlərdir. Hər birimiz bilirik ki, reallıqda daha artıq faktlar mövcuddur. Çünki bir sıra hallarda ailə daxilində baş verən məişət zorakılığı elə ailə daxilində də qalır və kənara çıxmır. Bizim əsas məqsədimiz odur ki, ailədə baş verən problemləri əvvəlcədən aşkarlaya və vəziyyət çox ağırlaşmadan onun qarşısını ala bilək. Buna görə də komitənin təşəbbüsü ilə hər bir rayonda, regionda icra hakimiyyətlərinin nəzdində minitorinq qrupları yaradılıb".

A.Sofiyeva əlavə edib ki, komitə tərəfindən risk qrupundan olan, münaqişəli ailələrlə bağlı müəyyən işlər aparılır, onlara mütəmadi nəzarət edilir.

A.Sofiyeva bu gün məişət zorakılığının hər bir dövlətin problemi olduğunu da söyləyib:

"Təəssüflər olsun ki, Azərbaycanda da belə hallarla qarşılaşırıq. Hər bir cəmiyyətdə olduğu kimi Azərbaycanda da məişət zorakılığının qurbanları daha çox qadınlar və uşaqlardır. Bu gün qurbanların müdafiəsi və digər problemlərin həlli istiqamətində qanunvericilik bazası var. Bir neçə il əvvəl ölkədə məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun qəbul edilib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR