Qayınanasını və qayınını öldürən ömürlük məhkum: "Özümdə olmadan etmişəm" - VİDEO - FOTO

Qayınanasını və qayınını öldürən ömürlük məhkum: "Özümdə olmadan etmişəm" - VİDEO - FOTO
12:52 2 May 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömürlük məhkum İmran Mirzəyevin həyat hekayəsinə yer verilib.

İmran Mirzəyev (ömürlük məhbus): "Laçında, Qubadlıda, Kəlbəcərdə gedən döyüşlərdə iştirak elədim. Ağır kontuziya aldım, amma yaralanmadım. Məni xəstəxanaya gətirdilər. 10 gün sonra öz istəyimlə döyüşə qayıtdım. 20 gün sonra yenə yaralandım. İkinci qrup əliləm. Cinayətə gəlincə isə, ovdan gəlirdim, qayınanamgilin dükanları var idi. Bazarlıq etməyə girmişdim ki, sözümüz çəp gəldi. Sağlam başla olanda görürsən ki, əsəbləşməli söhbət də yox idi. Tüfəngi götürüb qayınanamı vurdum. Çıxanda qaynımla rastlaşdıq, onu da vurdum. Bunları özümdə olmadan elədim. İkisi də öldü.

Çox peşmanam. Gərək belə olmayaydı. Xəstəliyimin üzündən belə oldu. Boşanma olmadı, şükür. Başımdakı xəstəlik də vətən uğrunda olub. Polislər gəlib məni aparandan sonra elə bilirəm ki, yuxu görürəm. İnanmırdım ki, bunu eləmişəm. Qayınatam çalışır ki, nəvələrin və ailələrin arasını düzəltsin. Prezidentimə təşəkkür edirəm ki, bizə qayğı göstərir, ev verir. Ordumuzun son uğurlarına sevinirik. Xəstə də olsam, hər zaman vətən uğrunda döyüşməyə hazıram. Ömürlük dustaqlığı Allah heç kimə qismət etməsin. Biz quşları, ağacları ancaq televizorda görürük. Azadlığa çıxsam, ilk getdiyim yer Şəhidlər Xiyabanı olar. Çünki çox dostlarım oradadır. Daha sonra prezidentimizin mənə verdiyi evə gedərdim. Həbsxanada ən çox ailəmi, anamı düşünürəm. Yoldaşım məni bağışlasa da, mən özümü bağışlamıram. Anam üçün də çox darıxıram. Bundan qabaqkı uzunmüddətli görüşdə yanımda anam olub. Deyir, artıq ölən vaxtlarımdı, son günlərimi yanında keçirim".

Xanım Mirzəyeva (İmranın həyat yoldaşı): "Mənim qardaşımı və anamı öldürüb. Bunları bilə-bilə etməyib. Xəstəliyi üzündən olub. Elə məhkumlar var ki, bilə-bilə edir, qisas üçün, amma İmran yox. Prezidentimiz sağ olsun ki, ev verdi bizə. Verdiyi təqaüdlər sayəsində dolanırıq".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qaynanasını və qaynını öldürən ömürlük məhkum: "Kontuziyalıyam, özümdə olmadan etmişəm"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/540844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR