Qüdrət Həsənquliyev: “Türkiyə haqsız hücumlara məruz qalır”

Qüdrət Həsənquliyev: “Türkiyə haqsız hücumlara məruz qalır”
13:23 2 May 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

“Avropa Şurasının Türkiyə ilə bağlı məlum qərarını qətiyyətlə pisləyirəm”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev Milli Məclisdə çıxışları zamanı dəfələrlə Türkiyənin Azərbaycana verdiyi dəstəkdən danışdığını söyləyib:

“Mən bu tirubunadan müxtəlif zamanlarda türk qardaşlarımızın bizə verdiyi dəstəkdən, Türkiyənin Qarabağla bağlı bu gün də davam edən yardımlarından qürurla danışmışam. Biz bir millət, iki dövlətik. Sevincimiz və kədərlərimiz hər zaman birdir”.

Deputat deyib ki, indi Türkiyə haqsız hücumlara məruz qalır:

“Avropa Şurasının Türkiyə əleyhinə qəbul etdiyi sözügedən qərar da bunun bariz nümunəsidir. Onlar özlərinə belə haqq qazandırırlar ki, guya Avropanın öz dəyərləri hər zaman əhəmiyyətli olub. Burada hansı dəyələrdən söhbət gedə bilər? Təqribən 1 həftə öncə BBC-nin internet səhifəsində belə bir yazı ilə rastlaşdım. Həmin yazıda qeyd olunurdu ki, Roma Papası Fransisk miqrantlarla görüşərkən Avropadakı qaçqın düşərgələrini faşist Almaniyası dövründə mövcud olan ölüm düşərgələri ilə müqayisə edib”.

Q.Həsənquliyev qeyd edib ki, təkcə Almaniyanın dövlət büdcəsi Türkiyənin dövlət büdcəsindən 8 dəfə çoxdur:

“Ancaq Türkiyə öz qapılarını bütün miqrantların üzərinə açıb, bir nəfərə belə “yox” deməyib. Əsl insani dəyərlər, qanun aliliyi və demokratiya məhz budur. Mən televiziyadan da izləyirəm, Avropada 30 dərəcə soyuq havada qaçqın qadınlar, uşaqlar küçələrdə qalırlar. Onların hamısı Qərbin yaratdığı müharibələrdən canlarını xilas etmək üçün Avropaya üz tutublar. O qaçqınların əksəriyyəti Suriyadan gələnlərdir. Suriyada müharibəni Türkiyə yaratmayıb, həmin Avropa yaradıb. Buna görə də mən burada çıxış edən deputat həmkarlarımın fikirlərini dəstəkləyirəm”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR