"Bu adam manyakdır! Onu tutun!" - Təyyarədə dava - VİDEO - FOTO

"Bu adam manyakdır! Onu tutun!" - Təyyarədə dava - VİDEO - FOTO
13:27 2 May 2017
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaponiyada 44 yaşlı ABŞ vətəndaşı saxlanılıb. O, təyyarənin uçuşu zamanı təhlükə yaratmaqda və qatı xuliqanlıqda suçlanır.

Milli.Az Japan Today-ə istinadən bildirir ki, insident Yaponiyanın "All Nippon Airways" (ANA) aviaşirkətinin təyyarəsində yaşanıb.

Tokiodakı Narita beynəlxalq hava limanından ABŞ-ın Los-Anceles şəhərinə uçacaq təyyarə səmaya qalxmazdan əvvəl iki sərnişin arasında dava başlanıb.

44 yaşlı ABŞ vətəndaşı ondan irəlidəki oturacaqda oturmuş kişi ilə mübahisə edib. Az sonra o, qarşısındakı sərnişini yumruqlamağa başlayıb.

Təyyarədəki dava zamanı yumruqlanan sərnişin qışqırıb: "Bu adam manyakdır! Onu tutun!"

Bununla da "ürəyi soyumayan" amerikalı başqa qadın sərnişini vurub, sonra da ondan təyyarəni tərk etmək istəyən stüardessanı boğmağa çalışıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Təyyarədə dava

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR