AÇ-2024: Türkiyənin şansı azalır

AÇ-2024: Türkiyənin şansı azalır
13:27 2 May 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

AÇ-2024-ün ev sahibliyi üçün namizədliyini irəli sürən Türkiyənin şansı azalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın son qərarı digər namizəd ölkə Almaniyanı bir addım önə keçirib.

UEFA ölkə seçimi zamanı daha bir məqama diqqət yetiriləcəyini açıqlayıb. Belə ki, futbol tarixində ilk dəfə "insan haqlarına hörmət" kriteriyası da səsvermə zamanı nəzərə alınacaq. Qitə futbol qurumunun qərarı bu il xoşagəlməz hadisələr yaşanan Türkiyəyə maneə kimi qiymətləndirilir.
 
Qeyd edək ki, UEFA-nın əsas tələblərindən biri də çempionatı keçirmək istəyən ölkələrin 9 və ya 10 stadiona malik olmasıdı. Bu arenalardan ikisi minimum 50 min, üçü ən az 40 min, dördü isə ən az 30 min azarkeş tutumlu olmalıdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR