Səfir: "Yayda Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi gözlənilir"

Səfir: "Yayda Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi gözlənilir"
13:37 2 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ "Bu ilin yayında Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi gözlənilir".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, belə formatda görüşlərin keçirilməsi Türkiyədə keçirilən referenduma görə ləngiyib: "Referendum oldu və proses başa çatdı. Yayda da üçtərəfli görüşün keçirilməsini gözləyirik. Hansı formatda görüşlərin keçirilməsi isə üçüncü tərəfin hansının hazır olmasından asılı olacaq".
Qeyd edək ki, indiyə qədər bu formada görüşlər Azərbaycan, Türkiyə və İran, Azərbaycan, Türkiyə və Gürcüstan arasında olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-yayda-azerbaycan-ve-turkiyenin-istiraki-ile-ucterefli-goruslerin-kecirilmesi-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR