Bakıda “Vətəndaş məsləhətçisi” adlı ofis fəaliyyətə başladı

Bakıda “Vətəndaş məsləhətçisi” adlı ofis fəaliyyətə başladı
13:43 2 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Vətəndaşların müraciətlərinə baxılması istiqamətində sosial-hüquqi maarifləndirmə işinin təşkili" mövzusunda layihə həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan layihənin hazırlıq işləri artıq yekunlaşıb.

Bu barədə layihənin rəhbəri, və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki, layihədə Bakı şəhəri, Salyan və Neftçala rayonlarında vətəndaşların ərizə və müraciətlərinə baxılması vəziyyətinin, yeni təcrübənin tətbiqinin, elektron xidmətlərin tətbiqi işinin təkmilləşdirməsinə yardım göstərilməsinin təşkilindən, vətəndaşlara sosial hüquqların təmin edilməsi məqsədilə hüquqi məsləhət xidmətlərinin göstərilməsindən eləcə də, maarifləndirmə və məlumatlandırma tədbirlərinin həyata keçirilməsindən bəhs edilir.

“Artıq bir neçə gündür ki, layihə çərçivəsində Bakı şəhərində “Vətəndaş məsləhətçisi” ofisi fəaliyyətə başlayıb və sosial maarifləndirmə xidməti üzrə “Qaynar xətt” yaradılıb. Vətəndaşlar “Qaynar xətt”in xidmətindən yararlanmaq üçün 077 323 51 05 saylı telefona zəng edə, həmçinin, müraciətlərini e-mail-ə (mmc-ib@mail.ru) göndərə bilərlər. Eyni zamanda vətəndaşlara praktik sosial-hüquqi yardım, məsləhətlər və texniki xidmətlər göstərliləcək.

Mayın 1-dən isə “Hüquqlarımızı bilək” sosial-hüquqi maarifləndirmə kampaniyası həyata keçiriləcək”-deyə layihə rəhbəri qeyd edib.

X.Əhmədovun sözlərinə görə bundan baaşqa layihənin icra planına uyğun olaraq Salyan şəhərində vətəndaşlar, maraqlı tərəflər və mətbuat nümayəndələri üçün. “Şəffaf qəbul” günü-vətəndaş forumu təşkil ediləcək. “Şəffaf qəbul” gününün təşkilində başlıca məqsəd ictimaiyyəti günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, vətəndaşlara sosial-hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarını cavablandırmaqdır.

Həmçinin layihə çərçivəsində Salyan və Neftçala şəhərlərində aidiyyəti qurum nümayəndələrinin, QHT və KİV nümayəndələrinin iştirakı ilə "Əhalinin sosial-hüquqi maarifləndirmə-məlumatlandırma işinin təşkilində QHT və KİV-lərin rolu" və “Məmur-vətəndaş münasibətlərinin mövcud vəziyyəti və problemlər” mövzusunda 2 ictimai müzakirənin keçirilməsi nəzərdə tutulur. “İctimai müzakirələrdə problemlər və çıxış yolları müzakirə olunacaq” - deyə, X.Əhmədov əlavə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/197261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR