Nadir: "Onsuz mən bu həyatda yoxam"

Nadir: "Onsuz mən bu həyatda yoxam"
14:05 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bu gün mənim həyatımda ən özəl gündür. Düz 24 il bundan qabaq tanrı mənə dünyanın ən gözəl hədiyyəsini, mələyini göndərdi.

Bu sözləri Milli.Az-a müğənni Nadir Qafarzadə deyib. O bildirib ki, 24 il bundan qabaq, mayın 2-də ailə qurub:

"Daim tanrının hər verdiyinə şükürlər edirəm. Bəzən həyatdan bezdiyim anlar da olur. Amma o anlarda mənə dayaq, dəstək olan bir tək insan olur. Bu insan illərdir mənim kaprizlərimə dözür. Çünki onu nə qədər çox sevdiyimi, dəyər verdiyimi bilir. Bu gün ailəmdə özəl gündü. 1993-cü il mayın 2-dən etibarən bir-birimizə söz verdik. Birgə addımlamağı, ağrılara, acılara sinə gəlməyi...

Allahıma çox şükür edirəm ki, qarşıma Sevinc çıxıb. Hər zaman demişəm, yenə də deyirəm. Onsuz mən bu həyatda yoxam. Mən onunla nəfəs alıram. Mahnımda da deyildiyi kimi ömrüm dadınla dolu, qəlbim odunla dolu, dünya qadınla dolu, sən mənim xanımısan. İndi bəzi ağzı göyçəklər deyəcək ki, ailəsini reklam edir. Bu reklam deyil, bu sevgi hekayəsidir. Dünyanı sənlə sevirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR