Məşhur aparıcı canlı yayımda ağladı - "Övladım ölümlə çarpışırdı" - VİDEO - FOTO

Məşhur aparıcı canlı yayımda ağladı - "Övladım ölümlə çarpışırdı" - VİDEO - FOTO
14:12 2 May 2017
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Yeni doğulmuş övladımın səhhətində ciddi problemlər var. Həkimlər onda anadangəlmə ürək çatışmazlığı aşkarlayıblar. Yəni övladım ölümlə çarpışırdı".

Milli.Az bildirir ki, ABŞ-ın ən məşhur teleaparıcılarından biri, komik və aktyor Cimmi Kimmel bunu ABC telekanalındakı "Jimmy Kimmel Live" şousunda deyib.

Birləşmiş Ştatlarda səhiyyəyə ayrılan vəsaitin azaldılması ilə bağlı ABŞ prezidenti Donald Trampın niyyətini qətiyyətlə pisləyən 49 yaşlı Cimmi Kimmel deyib: "Oğlum Uilyam Kimmel anadan olub. Doğuşdan cəmi 3 saat sonra onun ürəyində əməliyyat aparıldı. Mənim övladım kimi başqa uşaqlar da var. Səhiyyəyə ayrılan büdcə vəsaitinin azaldılması qərarına Konqresin etiraz etməsini dəstəkləyirəm, alqışlayıram. Çünki uşağınız öləndə sizin nə qədər pulunuzun olmasının əsla əhəmiyyəti yoxdur. Doktor Van Sterns oğlumun döş qəfəsini yardı, balağa Uilyamın ürəyindəki iki defektdən birini aradan qaldırdı. Əməliyyat, sanki, sehr, möcüzə idi. Uğurla başa çatdı. Amma həyatımın ən uzun, ən ağır üç saatını yaşadım".

Cimmi Kimmel və xanımı Molli MakKirnin 2 yaşlı, Ceyn adlı qızları var.

C.Kimmeldin dediyinə görə, oğlu və xanımı artıq evdədirlər.

"Uilyam yeyir, yatır, körpə uşaqlar üçün çox mühüm işlərin hamısını görür", - Kimmel deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR