İvanka Tramp yeni kitabını nəşr edib

İvanka Tramp yeni kitabını nəşr edib
14:17 2 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ ABŞ prezidentin qızı İvanka Tramp yeni kitabını nəşr edib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, "İşləyən qadınlar: uğurun qaydalarını yeniden yazaraq" adlı nəşrdə işdə necə irəliləmək, ailə və peşəkar həyat arasında necə balans tapmaq lazım olması ilə bağlı məsləhətlər yer alıb.
Dövlət başçısının qızı yeni kitabında daha məqsədyönlü həyat yaşamağın yollarını göstərir, oxucuları uğuru necə müəyyən etmələri ilə bağlı düşündürür, vaxt bölgüsü ilə bağlı tövsiyələr verir.
Qeyd edək ki, bu, İ.Trampın ikinci kitabıdır. Onun birinci kitabı 2009-cu ildə dərc edilib və "Kozır kartı: biznesdə və həyat necə qazanmalı" adlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-vanka-tramp-yeni-kitabini-nesr-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR