“Real”ın hücumçusu İngiltərəyə köçür

“Real”ın hücumçusu İngiltərəyə köçür
14:22 2 May 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının hücumçusu Alvaro Morata komandasını dəyişmək fikrinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 24 yaşlı forvard karyerasını İngiltərədə davam etdirə bilər.

Çünki "Çelsi" və "Tottenhem" onun transferində maraqlı klublardı. "Kral klubu"nda Kərim Benzemanın alternativi kimi vaxtının böyük hissəsini ehtiyatda keçirən İspaniya millisinin üzvü bu durumdan narahatdı. Morata yerli mətbuata açıqlamasında "Çelsi"nin baş məşqçisi Antonio Konte və "Tottenhem"in çalışdırıcısı Mauritsio Poçettino ilə görüşdüyünü etiraf edib. İngiltərədə oynamaqda maraqlı olduğunu söyləyən oyunçu yekun qərarını "Real"ın onunla bağlı planlarını öyrəndikdən sonra verəcəyini vurğulayıb.
 
Qeyd edək ki, Alvaro Morata 2014-2016-cı illərdə "Yuventus"da çıxış etdikdən sonra ötən il "Real"a qayıtmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR