Sərhədini pozan silahlı şəxs zərərsizləşdirildi

Sərhədini pozan silahlı şəxs zərərsizləşdirildi
14:24 2 May 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.
 
Qusar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
 
Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR