Dövlət sərhədini pozmağa cəhd edən silahlı zərərsizləşdirildi

Dövlət sərhədini pozmağa cəhd edən silahlı zərərsizləşdirildi
14:28 2 May 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Qusar rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR