"Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ən ciddi və davamlı vasitəçidir"

"Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ən ciddi və davamlı vasitəçidir"
14:32 2 May 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənubi Qafqaz Moskvanın birbaşa maraqları dairəsindədir və digər ölkələrin bu bölgədəki münaqişənin həllində fəal iştirak edəcəyini fikirləşmək sadəlöhvlük olardı.

Milli.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.

Ekspertin sözlərinə görə, Moskva tarixi olaraq Ermənistanın təhlükəsizliyinin təminatçısı olub:

"Ona görə də təəccüblü deyil ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ən davamlı və ciddi vasitəçidir. Rusiyanın ən böyük qələbəsi ondan ibarətdir ki, o münaqişənin həlli prosesini tam nəzarətdə saxlayır və Ermənistanın təxribatlarına uymur".

Ekspert qeyd edib ki, münaqişə tərəflərinin barışması yalnız diplomatik danışıqlar nəticəsində Azərbaycan ərazilərinin qaytarılması təqdirində mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR