Azərbaycanla danışıqlar davam etdiriləcək - Aİ

Azərbaycanla danışıqlar davam etdiriləcək - Aİ
14:39 2 May 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların fevralın 7-də uğurlu şəkildə başlanmasından sonra ilk rəsmi mərhələ aprelin 25-26-da Bakıda baş tutdu”.
 
Bunu APA-ya açıqlamasında Avropa İttifaqının (Aİ) sözçüsü Maya Kosiyançiç Bakıda keçilmiş danışıqların nəticəsini şərh edərkən deyib.
 
 O, danışıqların konstruktiv ruhda keçdiyini bildirib: “1996-cı ildə imzalanmış və o vaxtdan bəri Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin əhəmiyyətli inkişafını əks etdirən Əməkdaşlıq və Tərəfdaşlıq sazişini əvəzləyəcək ambisiyalı saziş əldə etmək üçün hər iki tərəfdə böyük iradə var. Saziş siyasi, iqtisadi, ticarət sahələrini əhatə edəcək. Danışıqlar gecikmə olmaması üçün həm Azərbaycanda, həm Brüsseldə, həm də videokonfranslar vasitəsi ilə mütəmadi əsasda davam etdiriləcək”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR