Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra yenidən AKP sıralarına qayıdıb

Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra yenidən AKP sıralarına qayıdıb
14:42 2 May 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra yenidən hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olub. 
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, mayın 2-də AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının toplantısında çıxış edib.
Qeyd edək ki, R.T.Ərdoğan 2001-ci il avqustun 14-dən 2014-cü il avqustun 27-dək bu partiyanın üzvü olub. O, prezident seçildikdən sonra qanunun tələbi ilə AKP-dən çıxıb. 
Konstitusiyaya edilən dəyişikliklərə əsasən, artıq Türkiyə prezidenti siyasi partiyaya üzv ola bilər. Fövqəladə qurultayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən AKP sədri olması məsələsinə baxılacaq.
Xatırladaq ki, 1960-cı il mayın 27-dək Türkiyə prezidenti partiyalı olub. 1961-ci ildə qəbul edilən yeni konstitusiyaya ölkə prezidentinin partiya mənsubiyətinin olmaması haqda maddə təsbit edilib. 1982-ci ildəki Əsas Qanunda da bu maddə qorunub.
Türkiyənin siyasi tarixində ilk prezidenti Mustafa Kamal Paşa Atatürk də həm partiya sədri, həm də prezident olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/receb-tayyib-erdogan-979-gunden-sonra-yeniden-akp-siralarina-qayidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR