Dubaydan Qəbələyə birbaşa uçuşlar həyata keçiriləcək

Dubaydan Qəbələyə birbaşa uçuşlar həyata keçiriləcək
14:43 2 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov və bu ölkənin xarici işlər üzrə dövlət naziri doktor Ənvər Qarqaş arasında görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə,

Səfir Azərbaycan və Ərəb Əmirliklərini bağlayan siyasi və dostluq əlaqələrinin yüksək səviyyədə olduğuna dair məmnunluğunu ifadə edərək, Azərbaycan Prezidenti İlham Əliyevin qardaş BƏƏ ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini dövlət nazirinin diqqətinə çatdırıb. Yüksək səviyyədə səfər mübadilələri kontekstində BƏƏ vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun 2015-ci ilin aprelində Azərbaycana və dövlətimizin başçısının 2016-cı ilin fevralında Ərəb Əmirliklərinə uğurlu rəsmi səfərlərini məmnunluqla xatırlayıb. Həmin səfərlərin qarşılıqlı əlaqələrin daha da inkişaf etməsinə misilsiz töhfələri səfir D.Şikarov tərəfindən vurğulanıb.

Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer aldığını xatırlayan doktor Ə.Qarqaş Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə maraqlı görüş keçirdiyini yada salıb, ölkəmizdəki hərtərəfli inkişafın və əldə edilən nailiyyətlərin onda dərin təəssüratlar yaratdığını nəzərə çatdırıb.

Sonra səfir D.Şikarov turizm sahəsində dinamik inkişafda olan əməkdaşlığa nəzər salaraq, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ vətəndaşlarına və istisna olaraq BƏƏ rezident vizasına malik əcnəbi vətəndaşlara münasibətdə viza rejiminin sadələşdirilməsi ilə əlaqədar iki mühüm qərarını xatırladıb və bu gün bu vacib addımların bəhrəsini statistikada nəzərə çarpdığını qeyd edib.

Diqqətə çatdırıb ki, 2016-cı ildə ölkəmizi 70.000-ə qədər BƏƏ vətəndaşı ziyarət edib, bu da ötən illərlə müqayisədə 30 dəfə artım deməkdir. Dubay və Şarcadan Bakıya həftəlik birbaşa uçuşlar 32 uçuşa çatıb. İyun ayında isə “Fly Dubai” şirkəti tərəfindən Dubaydan BƏƏ vətəndaşlarının rəğbətini qazanmış Qəbələ rayonuna müntəzəm şəkildə birbaşa uçuşlar həyata keçiriləcək.

Bunun müqabilində, doktor Ə.Qarqaş Azərbaycan Prezidentinin məlum iki qərarının BƏƏ ilə ikitərəfli əlaqələrə verdiyi xüsusi əhəmiyyətin təzahürü kimi yüksək dəyərləndirib.

Ardınca Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son durum barəsində dövlət nazirinin sualını cavablandırdığı zaman səfir D.Şikarov fürsətdən istifadə edərək dəstəkverici və ardıcıl mövqeyinə görə BƏƏ dövlətinə təşəkkürünü bildirib.

Davamı olaraq, münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırımlara toxunan səfir Xocalı şəhərində yüzlərlə günahsız insanın həyatına soy qoymuş qətliamdan söhbət açıb. Həmçinin nəzərə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də Pakistan, İordaniya, Sudan, Meksika, Kolumbiya, Peru, Çexiya, Bosniya və Herseqovina kimi ölkələrin parlamentləri, habelə ABŞ-ın ondan artıq ştatının qanunverici orqanları Xocalı faciəsini rəsmən qətliam kimi tanıyıb. Münaqişənin tənzimlənməsi ətrafında son mənzərə haqqında ətraflı məlumata görə, doktor Ə.Qarqaş təşəkkürünü ifadə edib.

Söhbət əsnasında, həmçinin ticari-iqtisadi əməkdaşlıq haqqında məlumatlar təqdim edilərkən cari ilin 19-20 aprel tarixlərində Dubay şəhərində Azərbaycan və BƏƏ hökumətləri arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın altıncı iclasının keçirildiyi bildirilib, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2749179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR