“Əfsanə geri qayıdır!” - Ərdoğan 979 gün sonra... - VİDEO

“Əfsanə geri qayıdır!” - Ərdoğan 979 gün sonra... - VİDEO
14:58 2 May 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasına (AKP) yenidən üzv olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Konstitusiyadakı “prezidentin partiyası ilə əlaqəsi kəsilər” maddəsinin aprelin 16-da keçirilən referendumla ləğvi buna imkan verir.

AKP-nin çərşənbə axşamı günlərində Türkiyə Böyük Millət Məclisində keçirdiyi qrup toplantısı bu günə xüsusi olaraq partiyanın baş qərargahında keçirilir. 2014-cü il avqustun 10-da ümumxalq səsverməsi ilə (prezident daha əvvəllər parlament tərəfindən seçilirdi –red.) prezident seçilən və Konstitusiyanın tələbi ilə AKP-dən ayrılan Ərdoğan 979 gündən sonra qurucu lideri olduğu partiyasına “Əfsanə geri qayıdır!” şüarı ilə dönür.

Son məlumatlara görə, Ərdoğan AKP-yə üzvlük bəyannaməsini imzalayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR