Soçidə “iki pivə və Ukrayna xəritəsi”: Trampdan Merkel üçün XÜSUSİ MİSSİYA

Soçidə “iki pivə və Ukrayna xəritəsi”: Trampdan Merkel üçün XÜSUSİ MİSSİYA
15:03 2 May 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Almaniya kansleri Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə gəlir. Rusiyanın “RİA-Novosti” agentliyinin yazdığına görə, liderlər ABŞ prezidenti Donald Tramp, Ukrayna və kanslerinin şəxsi problemləri haqqında danışacaqlar.

Almaniyanın lideri iki illik fasilədən sonra Rusiyaya (Merkel sonuncu dəfə Moskvada 10 may 2015-ci ildə olub) gəlir. Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Zaybertin sözlərinə görə, səfər Hamburqda keçiriləcək G20 (“Böyük iyirmilik”) sammitinə hazırlıqla bağlıdır. Ancaq səfərin əsas müzakirə mövzuları sürətlə dəyişən beynəlxalq vəziyyətin fonunda Rusiya-Almaniya və Rusiya-Avropa münasibətləri olacaq.

“Ofisiant, iki pivə və Polşa xəritəsi”

Ukrayna tarixinə qədər, xatırladaq ki, Moskva və Berlin arasında münasibətlər çox yaxşı idi. “Ofisiant, iki pivə və Polşa xəritəsi”: Məşhur lətifəyə əsasən, növbəti Rusiya-Almaniya görüşü məhz belə keçə bilərdi. Yəni, söhbət Moskva və Berlinin növbəti dəfə Şərqi Avropa ölkələrini təsir sahələrinə bölüşdürməsindən söhbət gedirdi. Ancaq lətifə yalnız lətifə olaraq qalır. Krımın ilhaqından sonra heç kəs Rusiya ilə heç nəyi bölüşmək istəmir. Rusiya və Almaniya arasındakı münasibətlər dəqiq matrisə əsaslanırdı və əsasən neft-qaz əməkdaşlığına söykənirdi.

Və Putin Avropadan “Günəş altında yer” istəyən kimi münasibətlər dərhal xarab oldu. Almaniya (qətiyyətsiz Fransa prezidenti Fransua Ollandın susqun razılığı ilə) faktiki olaraq anti-Rusiya düşərgəyə başçılıq etdi. Rusiya-Almaniya iqtisadi əmtəə dövriyyəsi düşməkdə davam edirdi. 2012-ci ildə əmtəə dövriyyəsi 80 milyard avro təşkil edirdisə, 2016-cı ildə 50 milyard avroya qədər azaldı. Amma Vladimir Putində peşmanlıq yox idi və davranışlarında dəyişiklik etməyi düşünmürdü. Bundan başqa, 2016-cı ilin sonu-2017-ci ilin əvvəlində baş verən bir sıra hadisələr peşmanlığı son dərəcə ağlasığmaz etdi.

İki səbəb

Birincisi, Donald Trampın ABŞ prezidenti seçilməsi. O, Rusiya ilə qarşıdurma siyasətindən imtina etmək və Kremllə əməkdaşlığa başlamaq niyyətində idi. Amma indi Trampın ritorikası anti-Rusiya xarakteri daşıyır. Ancaq çoxları anlayırlar ki, bu sözlər ABŞ daxilində Trampın öz reytinqini qaldırmasına yönəlib. Bundan başqa, bəzi politoloqların fikirncə, Aş Evin sahibi Merkellə görüşdə Avropa istiqamətində Rusiya-Qərb ziddiyyətlərinin aradan qaldırılması üçün məsuliyyəti Berlinin üzərinə qoydu.

İkincisi, Ukrayna səhminin kəskin qiymətdən düşməsi. Kiyev Qərbin mövqelərində dəyişikliyi hiss edərək daha da radikal olur.

Bəzi ekspertlər hesab edirlər ki, 2017-ci ildə dönüş ola bilər. Moskva və Berlin artıq Kiyevin maraqlarına qarşı əməkdaşlıq edir. Məsələn, “Şimal Axını-2” kəmərinin çəkilməsi almanlara Ukraynadan yan keçərək qazın daha təhlükəsiz çatdırmasına imkan verəcək. Ukrayna isə tranzitdən çoxmilyonlu gəlirlər və qonşulara siyasi təsir alətindən məhrum olacaq. Bundan başqa, məhz Almaniyanın partnyorları Avropa Komissiyasını layihənin sabotajı üzrə əvvəlki mövqedən imtina etməyə və Avropa İttifaqının qalan ölkələrinə boru kəmərinin çəkilməsinə mane olmamağa çağırdı.

Bununla belə Merkel və Putin artıq Soçidə pivəni və xəritəni sifariş edə biləcəyi mərhələyə çatıblarmı? Son dərəcə ağlasığmazdır. Bunun üçün ən azı lazımdır ki, Donald Tramp özünün xarici siyasət kursunu müəyyən etsin, strateji problemlərlə bağlı, xüsusilə Avropada təhlükəsizliyin yeni sisteminin yaradılması, Ukrayna dövlətinin yenidən format edilməsi, İran və Çin problemlərində Moskva ilə prinsipial razılığa gəlsin. Politoloqların qeyd etdiyi kimi “paket sazişi” barədə müzakirələr hələ başlamayıb. Hələ ki Rusiya-Qərb münasibətlərinin sonrakı kəskinləşməsinə imkan verməmək Merkelin məsələsidir. Göründüyü kimi, Merkel Soçidə Putinlə məhz bu haqda danışacaq.

Merkelin öz problemləri

Lakin, Ağ Evin planları kanslerə Rusiya prezidenti ilə şəxsi qayğılarını, məsələn Almaniyadakı seçkiləri müzakirə etməyə mane olmur.

Sentyabrda almanlar bundestaqın (parlament) yeni tərkibini, mümkündür ki, yeni kansleri seçəcəklər. Bir sıra siyasətçilər artıq qüdrətli “Rusiya hakerləri” haqqında mövzunu açmağa başlayıblar. Qeyd edək ki, kansler olmağa əsas namizədi sosialist Martin Şultsdur. O, Avropa Parlamentində işin gedişatında özünü ekstremal rusofob kimi tanıdıb.

Ancaq bəzilərinin fikrincə, Merkel Rusiya hakerləri haqqında danışmayacaq. Yalnız Rusiya jurnalistləri haqqında danışacağı bildirilir.

“Almaniyada demək olar ki, 2,5 milyon rusdilli seçici var və bu, azlıqlar arasında ən böyük seçki qrupudur. Bu insanların 60 faizi Rusiya televiziya kanallarına daha çox etibar edirlər, 40 faizi isə ümumiyyətlə xəbərlərin əsas mənbəyi kimi rus kanallarına baxırlar”, - “Bloomberg” agentliyi yazıb.

Təəccüblü deyil ki, almanlardan fərqli olaraq Rusiya kanalları miqrant probleminin Avropanın təhlükəsizliyinə ciddi təhlükə olduğu barədə danışmaqdan çəkinmirlər. Və indi, rusdilli seçicilərin təxminən üçdə biri “Almaniya üçün Alternativ” (AfD) partiyasına səs verməyə hazırlaşırlar. Merkel çox istəyərdi ki, bu insanlar ona səs versinlər. Bunun üçün isə Putinin dəstəyini təmin etmək lazımdır. Rusiya prezidenti Merkeli bağışlayaraq ona kömək etməyə razılaşacaqmı? Göründüyü kimi, bəli. Axı qarşılıqlı etibar və xırda xidmətlər Rusiya-Almaniya münasibətlərində etibarın atmosferinin canlandırılması üçün vacib şərtdir.

Etimad olmadan pivə seçmək olar, amma xəritə ilə bağlı problemlər yarana bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/197253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR