Xanım agent terrorçuya aşiq oldu və...

ABŞ-ın Federal Təhqiqatlar Bürosunda (FTB) ciddi qalmaqal baş verib. Agent Daniela Qrin adlı xanım İŞİD terror təşkilatının liderlərindən biriylə evlənib.

Metbuat.az xəbər verir ki, Qrinə alman əsilli terrorçu barədə araşdırma aparmaq tapşırılıb. Araşdırmalar zamanı terrorçuya aşiq olan xanım agent, Suriyada qruplaşma üzvü ilə evlənib. Gizlicə ailə həyatı quran Qrin, FTB-yə həyat yoldaşı barədə yalan məlumatlar ötürüb. Lakin atdığı addımlardan peşman olan amerikalı qadın ölkəsinə geri qayıdıb. Ona iki il həbs cəzası verilib.

Hadisə 3 il əvvəl baş verəsə də, yalnız indi üzə çıxıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR