Deputatların etik davranış qaydaları haqqında qanun qəbul edildi

Deputatların etik davranış qaydaları haqqında qanun qəbul edildi
15:08 2 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin İntizam komissiyasının sədri olduğum dövrdə deputatların parlament daxili fəaliyyəti ilə bağlı cəmi iki müraciət daxil olmuşdu, lakin parlamentdən kənar fəaliyyəti ilə bağlı müraciətlərin sayı 3 minə qədər idi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin birinci oxununşda müzakirəsi zaman deyib.

O qeyd edib ki, deputat özünü normal aparacaqsa, onunla bağlı hansı qərar qəbul edilə bilər?!:

"Deputatlar parlamentin adına xələl gətirməməlidirlər, nümunəvi olmalıdırlar. Əgər deputat özünü düzgün apararsa, onun haqqında şikayət olmazsa, bu zaman o insanlar nəyə görə narahat olurlar? Əgər deputat etik qaydaları pozmursa, ona bu maddə nə üçün tətbiq edilməlidir? Əgər biz burada hakimləri, MSK üzvlərini və digər insanları seçiriksə, onların fəaliyyətinə nəzarət ediriksə, o zaman bu nə üçün deputatlara şamil edilməməlidir? Əgər deputat etik davranış qaydalarını pozursa və özünün haqlı olduğunu sübut edə bilmirsə, o zaman həmin şəxs nə üçün məsuliyyət daşımamalıdır? Bu cür təcrübə bir çox inkişaf etmiş dövlətlərdə mövcuddur”.

Digər deputatlar da çıxış edərək qanun layihəsinin bəzi məqamları ilə razılaşmadıqlarını bildirblər.

Müzakirələrin sonunda spiker Oqtay Əsədov bildirib ki, qanun layihəsində bəzi məqamlar yumşaldılmalı, dəyişməlidir.

Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2749193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR