bp bu il Azərbaycanda yeni layihə istismara verəcək

bp bu il Azərbaycanda yeni layihə istismara verəcək
15:09 2 May 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

 

BP şirkəti 2017-ci ilin I rübündə mənfəətini ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artıraraq 1,51 mlrd. dollara çatdırıb. "APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, buna səbəb neftin qiymətinin və hasilatın artması, xərclərin azalmasıdır.

 

Cari ilin ilk rübündə BP-nin əsas rəqibləri olan "Exxon Mobil", "Chevron" və "Total" şirkətləri də yuxarıda qeyd edilən səbəblərə görə mənfəətini artırmağı bacarıb.

 

Analitiklər BP-nin rüblük mənfəətinin 1,26 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırıb.
 

Şirkətin açıqlamasında deyilir ki, cari ildə BP 8 yeni layihənin icrasına başlayacaq ki, bunların bəziləri Azərbaycan və Omanı əhatə edəcək. Şirkət bunun hesabına onilliyin sonunadək sutkalıq neft hasilatını 800 min barelə çatdırmaq niyyətindədir. "Yeni layihələr hesabına hasilatın artırılması cari ilin ikinci yarısında pul vəsaitlərinin hərəkətində müsbət dinamikaya səbəb olacaq", - deyə açıqlamada deyilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR