Evinizin təməlindən damına kimi hər cür məhsulları ən əlverişli şəkildə və uyğun qiymətə ala biləcəyiniz Decoria Gənclik Mall-da şəhər sakinlərinin xidmətinə verilib.
Azərbaycanın ən böyük dekor-tikinti materialları dükanı 2000 m2 ərazini əhatə edir. Bir Azərbaycan brendi olaraq ilkə imza atan Decoria 200-ə yaxın firma, 400-dən çox marka və 10.000 ədəd məhsulu bir araya toplamağı bacarıb.
"Bağça avadanlıqlarından ev mebelinə qədər, keramikdən xalaçalaracan, hamam-tualet aksesuarlarından çilçırağadək çox geniş şəkildə məhsulları müştərilərinə təqdim edəcək Decoria keyfiyyət və uyğun qiymətlərlə bu sektora yeni bir nəfəs gətirəcək".
Bu sözləri mağazanın baş direktoru Toyqar Barut açıqlamasında deyib.
"İlk olaraq onu qeyd etmək istərdim ki, Decoria bir Azərbaycan brendidir. Ölkə daxilində heç bir yerdə bu qədər çeşidi bir araya topalayacaq ikinci bir mağaza görə bilməzsiniz.
Müxtəlif ölkələr ilə əməkdaşlığa başlayan Decorianın məhsullarının bir çoxu Türkiyədən gətirilib. Onların arasında digər Avropa ölkələri də var.
Builki məqsədimiz Bakıda mağazalarımızın sayını 3-ə çatdırmaqdır. Növbəti illərdə isə Azərbaycanın bölgələrinə açılmaq istəyirik.
Gələcəkdə isə, Decorianı Azərbaycan brendi kimi xarici ölkələrə təqdim edəcəyik", - baş direktor bildirib.
Milli.Az