ASAN könüllüləri Bakı Şopinq Festivalında iştirak edir

ASAN könüllüləri Bakı Şopinq Festivalında iştirak edir
15:17 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bakı Şopinq Festivalı “ASAN Könüllüləri” Gənclər Təşkilatı (AKGT) ilə də əməkdaşlıq edir.
“Report”un məlumatına görə, bu barədə festivalın təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) ilə AKGT arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum AKB ilə AKGT arasında əməkdaşlıq və partnyorluq münasibətlərini təmin etməklə, Azərbaycan gənclərində sağlam mühitin formalaşdırılması, gənclərin sağlam dəyərlərə əsaslanan fəaliyyətlərə cəlb olunması ilə onların müxtəlif mənfi təsirlərə məruz qalmamasına nail olmaq, gənclər arasında dövlət iqtisadiyyatına və turizm inkişafına marağın artırılmasını təmin etmək, Bakı Şopinq Festivalı üzrə könüllülük fəaliyyətinin təşviq olunması sahəsində və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.
Əməkdaşlıq proqramı çərçivəsində birgə layihələrin, konfransların, seminarların təşkili də nəzərdə tutur. Azərbaycan Konqreslər Bürosunun həyata keçiridiyi yerli və beynəlxalq miqyaslı layihələrin, beynəlxalq tədbirlərin təşkilinə, qarşılıqlı razılıq əsasında “ASAN Könüllüəri” Gənclər Təşkilatı cəlb ediləcək.
Birgə əməkdaşlıq ASAN könüllülərinin gənclərin iqtisadiyyat və turizm inkişafında təcrübə toplamaqları baxımından da əhəmiyyətli olacaq. Həmçinin, Azərbaycan Konqreslər Bürosunun ictimai əhəmiyyət kəsb edən təşəbbüsləri “ASAN Könüllüəri” Gənclər Təşkilatı tərəfindən dəstəklənəcək və qarşılıqlı razılaşdırılmış fəaliyyət istiqamətləri üzrə birgə tədbirlər həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/asan-konulluleri-baki-sopinq-festivalinda-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR