Prezidentin təltif etdiyi məşhurlarımızın TƏƏSSÜRATLARI

Prezidentin təltif etdiyi məşhurlarımızın TƏƏSSÜRATLARI
15:23 2 May 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin incəsənət xadimlərininin və mədəniyyət işçilərinin təltif olunması haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamı əsasında bir sıra incəsənət xadimləri müxtəlif orden və medallarlarla təltif olunub.

Azərbaycanın tanınmış tar ifaçısı, Xalq artisti Ramiz Quliyev “Şərəf” ordeni, gözəl muğam ifaçısı, Xalq artisti Mənsum İbrahimov isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.

Publika.az olaraq, hər iki görkəmli sənətkarımızla əlaqə saxlayıb təəssüraftlarını öyrəndik:

Ramiz Quliyev:

Vətəninə, mədəniyyətinə bu qədər dərin qayğı ilə yanaşan prezidentimiz olduğu üçün çox sevinirəm. Yaradıcılığıma belə böyük qiymət verdiyi üçün prezidentimizə ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyev vətənimizə Ulu Öndərimizin yadigarıdır. Onun böyük humanistlik göstərərək, bizə zaman ayırması, əməyimizi qiymətləndirməsi ən böyük mükafatdır. İnanıram ki, onun ağıllı siyasəti nəticəsində yaxın gələcəkdə işğal altında olan torpaqlarımız da geri alınacaq. İnşallah, biz Ağdamda və digər torpaqlarımızda belə gözəl günləri qeyd edəcəyik. İnanırsız, o qədər insan təbrik edir ki, tara, tarın səsinə qiymət verən hər kəsə dərin minnətdarlığımı bildirirəm. İncəsənət adamı üçün bundan böyük xoşbəxtlik ola bilməz. Xalqın sevgisi bizim üçün qiymətsizdir. Biz daim cənab prezidentin və xalqın bizə olan etimadını doğrultmağa çalışmalıyıq. İncəsənət adamı həyatını vətənə həsr etməlidir. Mən və mənim bütün sənət yoldaşılarım, dostlarım, tanışlarım hər biri mədəniyyətimizi həm ölkəmizdə, həm də xarici səfərlərdə layiqincə təmsil ediblər. Bu belə də davam edəcək. Çünki biz bütün işlərimizi qarşılıqsız vətən sevgisi ilə edirik. Bu cür mükafatlar isə bizi sadəcə ruhlandırır. Mükafatlandırılanlar içərisində mənim oğlum Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin də adı var. Eyni zamanda, mənim yaxın dostum, xətrini dünyalar qədər istədiyim Mənsum İbrahimov prezidentin xüsusi təqaüdü ilə təltif olunub. Bütün sənət yoldaşlarımı ürəkdən təbrik edirəm. Allah cənab prezidentimizdən və onun xanımından razı olsun”.

Mənsum İbrahimov:

"Vallah, mənim üçün gözlənilməz oldu. Təbii ki, çox sevinirəm. Qürur hissi keçirirəm ki, hörmətli prezidentimiz cənab İlham Əliyev mənim yaradıcılığıma, sənətimə dəyər verir, onu qiymətləndirir. İncəsənət adamlarının böyük əksəriyyəti müxtəlif mükafatlara laiq görülüb. Açığı deyim, hər dəfə yeni mükafatlar alanda elə bilirəm ki, çiynimə böyük bir yük, böyük bir məsuliyyət düşür. Öz-özümə düşünürəm ki, xalqın, eləcə də dövlət başçısının göstərdiyi etimadı doğrultmaq üçün daha da çox çalışmalıyam. Çünki bizim qarşıda görüləcək çox işlərimiz var. Azərbaycanımızın mədəniyyətini, musiqisini xarici ölkələrdə hələ çox təbliğ etməliyik. Allah prezidentimizin xanımı Mehriban Əliyevanın canını sağ eləsin. Azərbaycan muğamını bütün dünyaya tanıdan genişmiqyaslı layihələr həyata keçirib. Azərbaycanda sayca artıq 6-cı muğam müsabiqəsi bu sahənin inkişafına, təbliğinə çox böyük töhfələr verir. Hər dəfə müsabiqəyə yeni səslər qatılır, yeni istedadlar kəşf olunur. Necə deyərlər, yeni leylilər, yeni məcnunlar gəlir. Bunların hamısı bizim dövlət başçımızın və onun xanımının təşəbbüsü ilə gerçəkləşdirilən layihələrin nəticələridir ki, incəsənətimiz gündən-günə zənginləşir. Yeri gəlmişkən, iki gün sonra mən və sənət yoldaşlarım, Siyavuş Kərimlinin rəhbərliyi ilə Amerikaya gedəcəyik. Səfərdə “Qarabağ” muğam qrupu, tələbəm Arzu Əliyeva, yaxın dostlarım Elçin Həşimov, Elnur Əhmədov, vokal ifaçılarından Azər Zeynalov, Samir Cəfərov, Aygün Zeynəbova, Nərgiz Əliyeva iştirak edəcək. Los Angeles və San Dieqo ştatlarında Ulu Öndərimiz Heydər Əliyevin şərəfinə iki möhtəşəm konsert proqramı keçiriləcək. Müvafiq olaraq konsertlər ayın 6-sı və 9-u keçiriləcək. Ayın 12-də isə vətənə dönəcəyik. Prezidentimizin bu sərəncamı möhtəşəm konsert ərəfəsində məni daha da ruhlandırdı, sevindirdi. Ölkə başçımız cənab İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya ailəm adından dərin minnətdarlığımızı bildiririk. Sizə də diqqətiniz üçün təşəkkür edirəm ”.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/197277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR