İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana gəlir

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana gəlir
15:29 2 May 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

3-5 may tarixində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Ahmed Əl-Otaimen Azərbaycanda rəsmi səfərdə olacaq.

 

XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində katib Yusif bin Ahmed Əl-Otaimenin 3 mayda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

 

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin mayın 3-də saat 11:00-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

 

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR