“Google” qeyri-dəqiq xəbərlərlə mübarizə üçün yeni mexanizm istifadəyə verib

“Google” qeyri-dəqiq xəbərlərlə mübarizə üçün yeni mexanizm istifadəyə verib
15:35 2 May 2017
Ölkə mətbuatı
A- A+

Son aylar “Google” şirkəti axtarış sisteminə çıxarılan xəbərlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində aktiv işlər görür. Aprelin sonunda məlum olub ki, şirkət axtarış nəticələrində təhqiredici postların sayını azaltmaq niyyətindədir, daha sonra axtarış nəhəngi müxtəlif təşkilatların xəbərlərdə göstərilən faktların yoxlanılması ilə məşğul olması üçün onlarla əməkdaşlığa başlayıb. Bu günlərdə “Google” istifadəçilər üçün yeni əks-əlaqə mexanizmini təqdim edib ki, onlar axtarış nəticələrində qeyri-dəqiqliklər və ya təhqiredici xəbərlər haqda məlumat verə bilsinlər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Google” axtarış sistemində bəzən konkret suala cavab almaq olur. İstifadəçi cavabın səhv olduğunu düşündüyü halda  bu postun altından "Rəy yazmaq" düyməsinə sıxaraq öz fikrini yaza bilər. “Google”un əməkdaşları istifadəçilərin fikirlərini təhlil edərək zərurət olduqda düzəlişlər edəcəklər.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47547-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR