Dayı 15 yaşlı bacısı oğlunun ölümünə səbəb oldu - AZƏRBAYCANDA

Dayı 15 yaşlı bacısı oğlunun ölümünə səbəb oldu - AZƏRBAYCANDA
15:42 2 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda 15 yaşlı oğlan yük maşınının altında qalaraq ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib.
 
Rayonun Ürgə kənd sakini, 1974-cü il təvəllüdlü Əsgərov Söhbət Mirkərim oğlunun idarə etdiyi ZİL markalı yük maşının geriyə hərəkət edərkən 2002-ci il təvəllüdlü Əsgərov Ramal Zaman oğlunu vurub. 15 yaşlı oğlan hadisə yerində keçinib.
 
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
 
Qeyd edək ki, R. Əsgərov S. Əsgərovun bacısının oğludur.
 
Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR