Rumıniya Mədəniyyət və Milli İdentiklik Nazirliyinin dövlət katibi Azərbaycana səfər edəcək

Rumıniya Mədəniyyət və Milli İdentiklik Nazirliyinin dövlət katibi Azərbaycana səfər edəcək
15:57 2 May 2017
Ölkə mətbuatı
A- A+

Buxarest. 2 may. REPORT.AZ/ Rumıniyanın Mədəniyyət və Milli İdentiklik Nazirliyinin beynəlxalq münasibətlər və sosial dialoq məsələləri üzrə dövlət katibi Aleksandru Opryan Azərbaycana səfər edəcək. 
Bu barədə “Report”un Şərqi Avropa bürosuna Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib. 
Dövlət katibi mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. A.Opryanın ölkəmizə səfəri çərçivəsində bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.
Qeyd edək ki, A.Opryan 2014-cü ilin aprelində Rumıniyanın sabiq baş naziri Viktor Ponta tərəfindən bu vəzifəyə təyin olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/ruminiya-medeniyyet-ve-milli-i-dentiklik-nazirliyinin-dovlet-katibi-azerbaycana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR