Səyahət planlarınızı "Expressbank"ın kartları ilə qurun

Səyahət planlarınızı "Expressbank"ın kartları ilə qurun
16:01 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İstirahət üçün ən gözəl fəsil olan yay mövsümü yaxınlaşdıqca ölkədaxili və xaricə səyahətlər planlaşdırılır. Bəs səfərdə rahatlıqla istifadə edə biləcəyiniz plastik kartı artıq əldə etmisinizmi? "Expressbank"ın debet kartları həm ölkəmizdə, həm də ölkə xaricində etibarlı, sərfəli və rahat ödəniş vasitələri kimi tanınır!

"Expressbank"ın plastik kartları vasitəsi ilə dünyanın istənilən nöqtəsində bankomatlarda nağd pul çıxarmaq, internetdə onlayn ödəmələr həyata keçirmək, həmçinin ticarət / əyləncə mərkəzlərində nağdsız ödənişlər etmək mümkündür. Ölkədaxilində "Expressbank"ın debet kartlarından "Expressbank" bankomatlarında nağdlaşdırma zamanı isə heç bir xidmət haqqı tutulmur, yəni komissiya 0% təşkil edir.

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə Visa Platinum / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2749215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR