NATO-da "Planlaşdırma və Analiz Prosesi" proqramı çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlar müzakirə olunub

NATO-da "Planlaşdırma və Analiz Prosesi" proqramı çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlar müzakirə olunub
16:22 2 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ NATO-nun Brüsseldəki mənzil-qərargahında Azərbaycan və NATO "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində 2017-ci il üzrə Planlaşdırma və Analiz Prosesinin (PARP) qiymətləndirmə sənədi layihəsini müzakirə ediblər.
NATO-nun Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, Müdafiə, Xarici İşlər, Daxili İşlər, Fövqəladə Hallar, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri bu gün keçirilən iclasda iştirak ediblər.
Azərbaycan rəsmiləri və NATO üzvü ölkələrin nümayəndələri, eləcə də NATO-nun beynəlxalq heyətinin və Alyansın beynəlxalq hərbi heyətinin ekspertləri qiymətləndirmənin aparıldığı dövr üzrə Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə fikir mübadiləsi aparıblar. Əsas müzakirə mövzusu müdafiə və təhlükəsizlik sahəsində islahatlar və təlimlərin keçirilməsi və s. olub.
Görüşdə Azərbaycanın sülhün dəstəklənməsi üzrə beynəlxalq əməliyyatlara verdiyi töhfə, eləcə də müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması sferasındakı nailiyyətləri yüksək qiymətləndirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/nato-da-planlasdirma-ve-analiz-prosesi-proqrami-cercivesinde-azerbaycanin-elde-etdiyi-ugurlar-muza1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR