Tibb bacısı xəstəxanada "cadu sındırdı": çəkib paylaşdı - FOTO

Tibb bacısı xəstəxanada "cadu sındırdı": çəkib paylaşdı - FOTO
16:27 2 May 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Antalyada təxminən 2 il əvvəl özəl bir xəstəxananın salonunda çəkilən bu görüntülər hər kəsin diqqətini çəkib.

Milli.Az Milliyet-ə istindən xəbər verir ki, özəl xəstəxanın tibb işçisi olan rusiyalı Ludmila C. xəstəxananın salonunda iş yoldaşlarına bioenerji ilə əlaqədar məlumat verərkən bir işçini yanına çağırıb. Ludmila işçini hipnoz etdikdən sonra bir masaya əyləşdirdi. "Cadu sındırmaq" seansını tərcüməçi vasitəsilə həyata keçirən Ludmila həmin prosesi çəkən adamı yanına çağıraraq "Səssiz olun. Bura ona edilən cadunun çıxdığı yerdir. Həkimlərin burada edə biləcəyi heç bir şey yoxdur. Mən bütün enerjini təmizləyirəm. Bütün kanalları açıram. Bütün mənfi enerjini, bütün caduları çıxaracağam", - dedikdən sonra əllərini sağa-sola yelləməyə başlayıb.

Ludmila: "Bu an onun durduğu ərazi müalicə ərazisidir. Boğazı təmizlənir. Əgər bildiyiniz dua varsa, ürəyinizdə oxuya bilərsiniz", - dedikdən sonra içində cadu olduğunu iddia etdiyi şəxsi ayağa qaldırıb.

Bu görüntüləri keçən ilin 5 aprel tarixində Facebook səhifəsində xəstəxananın adını da qeyd edərək paylaşan Ludmila mövzunun rayon səhiyyə şöbəsinə çatdırılmasından sonra videonu silib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR