Ağız qoxusundan sirkə ilə xilas olun

Ağız qoxusu ətrafdakıları narahat etdiyi üçün insanlar həmin qoxunu yayandan iyrənir və ondan uzaqlaşmağa çalışırlar. Bu da nəticə etibarilə pis qoxulu insanda kompleks əmələ gətirir.

Metbuat.az xəbər verir ki, təbii üsullardan istifadə edərək ağız qoxusundan xilas ola bilərsiniz.

Sirkəylə ağız qoxusundan xilas olun

1 çay qaşığı alma sirkəsi

1 stəkan isti su

Bu qarışımla qarqara edib, tüpürün. Qoxunu daha pis hala gətirəcəyi üçün udmayın. Həzmi asanlaşdırmaq və pis qoxulara səbəb olan bakteriyaları öldürmək üçün alma sirkəsi və suyu qarışdırıb yeməklərdən sonra için.

2 qaşıq soda

2-3 qaşıq alma sirkəsi

Soda və alma sirkəsini qarışdıraraq məcun halına gətirin. Dişlərinizi bu məcunla fıçalayıb, su ilə yuyun.

Bir dəstə cəfəri
1 stəkan alma sirkəsi

İkisi də antibakteriyal olduğu üçün bakteriyaları öldürməkdə faydalıdır. Cəfərini sirkəyə batırıb çeynədikdən sonra tüpürün.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR