Ərdoğan: “Məqsəd bu ölkəni bölmək və dövləti çökdürməkdir”

Ərdoğan: “Məqsəd bu ölkəni bölmək və dövləti çökdürməkdir”
16:43 2 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

“Bu günə qədər açmadığınız müzakirə başlıqlarını açmaqdan başqa çarəniz yoxdur”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair hesabatını şərh edərkən deyib.

“Avropada terror təşkilatlarına hər cür dəstək verilir. Niyə? Türkiyənin qarşısını kəsmək üçün. Bundan sonra edəcəyiniz tək bir şey var: Bu günə qədər açmadığınız müzakirə başlıqlarını açmaq. Başqa çarəniz yoxdur. Bunu etsəniz, çox gözəl. Açmadığınız təqdirdə, gülə-gülə. Türkiyə bunların qulu deyil”, - prezident bildirib.

Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı baş qərargahında təşkil edilən mərasimdə danışan Ərdoğan Fəthulahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizəyə toxunub:

“Yoldaşlarıma söyləyirəm, qarşınıza gələrək göz yaşları tökənlər olacaq. Rəhminiz gəlsə, acınacaqlı hala düşərsiniz. Dünyada dövlət çevrilişinə cəhdin belə bir nümunəsi yoxdur. Bu gerçəyi görmək lazımdır. Məqsəd bu ölkəni bölmək, dövləti çökdürməkdir”.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR