Mikayıl Müşfiqin ev muzeyindəki maraqlı eksponatlar - VİDEO

Mikayıl Müşfiqin ev muzeyindəki maraqlı eksponatlar - VİDEO
19:05 7 Yanvar 2015
169 Sosial
Ölkə mətbuatı
A- A+

Nakam şair Mikayıl Müşfiqin Xatirə Muzeyi Xızı rayonunun Sayadlar kəndi yaxınlığında yerləşir. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, burada sənətkara aid 150-dən çox fotoşəkil, müxtəlif sənədlər, portretlər və kitablar qorunur. Bütün fəsillərdə Xızıya gələn Müşfiqsevərlər şairin Xatirə Muzeyinin qonağı olurlar.

Burada ziyarətçilərin iki eksponat daha çox diqqətini çəkir. Xatirə muzeyində ziyarətçilərin marağına səbəb eksponatlardan biri Nargin adasından gətirilən torpağın saxlandığı gilizdir. Bu eksponat 2008-də ildə general-mayor Aydın Qasımov tərəfindən muzeyə hədiyyə olunub.

Mikayıl Müşfiqin qəbri olmadığından onun öldürüldüyü ərazidən götürülən bir ovuc torpaq rəmzi olaraq xatirə muzeyində qorunur.
Mikayıl Müşfiq 1938-ci ilin yanvarın 6-da Nargin adasında güllələnərək cəsədi Xəzər dənizinə atılıb. Muzeydə ziyarətçilərin diqqətini çəkən digər eksponatlar isə şairin ölüm hökmü və həbsinə dair sənədlərdir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR