Sevgilisi olmayan işçi axtarılır

Dükan qapıları, şüşələri üzərində “İşçi axtarılır” kimi elanlara tez-tez rast gəlirik. Lakin elə elanlar da var ki, oxuyub təəccüblənməmək mümkün deyil.

Metbuat.az xəbər verir ki, Türkiyədə elektrik əşyalarının satışı ilə məşğul olan şəxsin pəncərəyə vurduğu elan isə digər elanları kölgədə buraxır.

“Sevgilisi olmayan, iş saatının çoxunu "Facebook"-da keçirməyən” işçi axtarılır. Türkiyədə Mehmet Gülmez adlı şəxsin işlətdiyi dükanın pəncərəsindən asdığı bu elan hər kəsin maraq və təəccübünə səbəb olub.

Mehmet Gülmez artıq 25 ildir ki, elektrik əşyalarının satıldığı mağaza işlədir. Eyni zamanda elektrik ustası kimi fəaliyyət göstərir. Mehmet işə götürdüyü şəxslərin çoxunun günün əksər hissəsini sevgilisi ilə mesajlaşdıqları, "Facebook"-da keçirdikləri üçün işi də yarımçıq həll etdiklərini bildirir. Elə bütün bunlardan təngə gələn Mehmet son çarə olaraq bütün şərtləri bir elanda yazmağa qərar verib.

Mehmet Gülmezin bütün bu şərtlərini qəbul edəcək işçini tapıb-tapmayacağı məlum olmasa da, sosial şəbəkələrdə, mediada yayılan bu elan qısa müddətdə böyük marağa səbəb olub.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR