“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklik qüvvəyə minib

“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklik qüvvəyə minib
17:27 2 May 2017
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.
"Report"un xəbərinə görə, dəyişikliyə əsasən, bundan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5 min manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin və müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürüləcək, qalan hissəsi isə dövlət büdcəsinə ödəniləcək.
Nəzərdə tutulan vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Dəyişiklik 2017-ci il mayın 1-dən qüvvəyə minib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycanda-dovlet-rusumu-haqqinda-qanununa-edilen-deyisiklik-quvveye-minib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR