BƏƏ Antarktikadan aysberqlər gətirməyi planlaşdırır

BƏƏ Antarktikadan aysberqlər gətirməyi planlaşdırır
17:47 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əl-Füceyrə Əmirliyinin sahillərinə Antarktikadan aysberqlər gətirilməsi planlarını açıqlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, plana görə, aysberqlər regionda yeni içməli su mənbəyi olacaq.
Yerli KİV bu addımın regionda əhəmiyyətli iqlim dəyişikliklərinə səbəb ola biləcəyini yazır. Belə ki, aysberqlərdən gələn soyuq hava yağıntıların miqdarının artmasına səbəb ola bilər.
Bundan əlavə, plana görə, aysberqlərin əriməsi nəticəsində dənizə təmiz, içməli su axacaq və bu, ekoloji tarazlığın və biomüxtəlifliyin bərpasına kömək edəcək.
Məlumata görə, aysberqlər həm də turistlər üçün görməli yer olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/bee-antarktikadan-aysberqler-getirmeyi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR