x
Loading...
.

İnsan gözlü meymun hamını HEYRƏTƏ SALIR - FOTO

İnsan gözlü meymun hamını HEYRƏTƏ SALIR - FOTO
18:28 2 May 2017
147 Digər
Ölkə mətbuatı
A- A+
.

Mavi gözlü, beş yaşlı dişi oranqutan əsirlikdən xilas olunub.

Publika.az “Daily Mail”ə istinadən bildirir ki, meymun İndoneziyanın Borneo adasında xilas edilib. Bu meymunu xilas etmək üçün fəallar hətta fond da yaratmışdılar.

Meymunun dərisi ağ, tükləri, bozdur. Mavi gözləri isə insan gözlərinə bənzəyir. Onun ağıllı, insani gözləri görənləri heyrətə salır. Adətən heyvanların gözünün ağı olmur və yaxud çox az olur. Albinos meymuna isə sanki insan gözü köçürülüb. Digər oranqutanlarla müqayisədə insana daha çox bənzəyən meymun hazırda veterinar nəzarətindədir.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında Ümumdünya Konqresində təbiəti mühafizə mövzusu müzakirə olunarkən Pongo pygmaeus və Pongo abeli cinsli oranqutanların nəslinin tükənmə ilə üz-üzə qaldığı bildirilmişdi. Borneo və Sumatra adaları belə insanabənzər meymunların yaşadığı adalardır. Buradakı insanlar mavi gözlü oranqutanları ovlayaraq turistlərə baha qiymətə satırlar.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/197305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR