NATO-da “Planlaşdırma və Analiz Prosesi”nin qiymətləndirmə sənədi müzakirə olunub

NATO-da “Planlaşdırma və Analiz Prosesi”nin qiymətləndirmə sənədi müzakirə olunub
18:50 2 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Brüsseldə NATO-nun mənzil-qərargahında, Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsində Azərbaycan Respublikasının 2017-ci il üzrə “Planlaşdırma və Analiz Prosesi”nin qiymətləndirmə sənədinin “NATO + Azərbaycan” formatında müzakirə iclası keçirilib.

Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iclasda nazirliyin nümayəndələri ilə yanaşı müzakirə mövzularına müvafiq olaraq ölkəmizin digər aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Görüşdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, tərəfdaşlıq məqsəd və öhdəliklərin yerinə yetirilməsi, NATO-Azərbaycan Hərbi Təhsil və Təlim sahəsində birgə Fəaliyyət Planı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində aparılan fəaliyyətlər, sülhməramlılarımızın Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfə və digər məsələlər müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2749317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR