Çin nəhəng döyüş robotu yaratdı - VİDEO

Çin nəhəng döyüş robotu yaratdı - VİDEO
19:12 2 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin "Greatmetal" şirkətinin tərtibatçıları Pekində keçirilən "G-Festival" festivalı çərçivəsində "Monkey King" ("Meymunların kralı") adlı nəhəng döyüş robotunu geniş ictimaiyyətə təqdim ediblər.

Milli.Az lent.az-a istinadən verdiyi məlumata görə, yeni idarə olunan robot bu ilin avqust ayında özünə bənzər robotla rinqdə döyüşəcək. 

Fantastik filmlərdə robotların iştirakı ilə izlədiyimiz həyəcanlı süjetlər tədricən reallığa çevrilir. Onların ən yaxşısı isə artıq Yaponiya və ABŞ-da populyar olmuş idman arenalarında keçirilən çempionatda müəyyən edilir. Çindən olan yeni robot "Monkey King" adını özünün nəinki dörd ayağı, hətta arxa ayaqları üzərində hərəkət etmək kimi unikal qabiliyyəti sayəsində qazanıb. 
 
"Greatmetal" şirkətinin nümayəndələri bildiriblər ki, 4 ton çəkisi olan robotun ziyarətçilər qarşısında şou göstərməsi üçün iki ay müddətində sərasər işləmək lazım olub. Tərtibatçılar yaratdıqları robotun döyüş qabiliyyəti ilə bağlı şərh vermək istəməyiblər. Məlumdur ki, "Monkey King" liderlik uğrunda bu il ərzində amerikalı MK.3 və yaponiyalı "Kuratas" robotları ilə döyüşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Çin nəhəng döyüş robotu yaratdı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR