Bakı-2017:

12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək ağır atletika üzrə yığma komandamızın heyəti açıqlanıb.

Federasiyadan Metbuat.az-a verilən məlumata görə, yarışa 8 qadın və 8 kişi atlet qatılacaq.

Ağır atletika üzrə yarışlar 13-17 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.

Heyətdə yer alan atletlərin adları ilə aşağıda tanış ola bilərsiniz:

Qadınlar: Məhərrəmova Mərziyyə (48 kq), Əzimova Səbinə, Əlizadə Gülçin (hər ikisi 53 kq), İbrahimova Firuzə (58 kq), Abbasova Elnurə (63 kq), İbrahimli Anastasiya, Hüseynzadə Fidan (hər ikisi 69 kq), Məmmədova Xumar (+90 kq).

Kişilər: Alıyev Elmar (56 kq), Abışov Allahyar (62 kq), Bayramov Əfqan (77 kq), Tağızadə Ceyhun, İsmayılov Kamran (hər ikisi 85 kq), Fətullayev Rövşən, Nəbiyev Nailxan (hər ikisi 94 kq), Məmmədli Azər (+105 kq).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR