Aleksandr Dugin: Rusiya və Azərbaycan arasında münasibətlər ən yüksək nöqtədədir

Aleksandr Dugin: Rusiya və Azərbaycan arasında münasibətlər ən yüksək nöqtədədir
19:22 2 May 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Anaxanım Hidayətova - Trend:

Rusiya və Azərbaycan arasında münasibətlər ən yüksək nöqtədədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə rusiyalı politoloq, sosioloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin deyib.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox iqtisadi, siyasi, nəqliyyat və geosiyasi problemləri həll edə bilər.

Ekspert bildirib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi iki ölkənin münasibətlərində böyük addım olacaq: “Azərbaycanın Avrasiya İnkişaf Bankında mümkün iştirakı da regional valyuta çoxqütblülüyü istiqamətində dəyişikliyə yol aça bilər”.

Politoloq qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqi olsa da, bu o demək deyil ki, Azərbaycanın düşmənidir: “Rusiya öz maraqlarına uyğun hərəkət edir”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2749321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR