x
Loading...

GÖZLƏNİLMƏZ ADDIM:

.

Digər bölgələrin inkişafını sürətləndirməkdə maraqlı olan İndoneziya hökumət təbii faktorların Cakartada yaratdığı potensial təhlükəni də nəzərə alaraq, paytaxtın dəyişdirilməsinə dair yeni layihə hazırlayıb.

Metbuat.az bildirir ki, İndoneziya İnkişaf və Planlaşdırma nazirliyinin bəyanatında qeyd olunub:

"Cakartada sel və zəlzələ riski böyükdür. Burada tez-tez böyük tıxaclar müşahidə olunur. Digər bölgələrin inkişafını təmin etmək prioritetlərimizdəndir. Bütün bunları nəzərə alaraq yeni paytaxt layihəsi üzərində işlər aparırıq".

İlin sonuna kimi paytaxt olmağa namizəd şəhərlərin siyahısının açıqlanacağı gözlənilir.

Daha geniş əraziyə və zəngin təbii sərvətlərə səbəb olması baxımından, ölkənin ən böyük adası Kalimantanda yerləşən Palanqkaraya şəhərinin paytaxt seçilmə ehtimalı yüksək qiymətləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR