Mingəçevirdə kişi arvadını bıçaqlayıb öldürdü

20:39 2 May 2017
172 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə qətl hadisəsi törədilib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 20.00 radələrində şəhərdə qeydə alınıb. Kənan Əzizov adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

 

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətlin hansı səbəbdən törədildiyi və ölən qadının kimliyi hələ ki məlum deyil.

 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR