x
Loading...

Xlorofil nədir və sağlamlığa hansı əhəmiyyəti var?

Xlorofil nədir və sağlamlığa hansı əhəmiyyəti var?
21:12 2 May 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Xlorofil yaşıl bitkilərə rənglərini verən piqment maddəsidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bitkilərin fotosintez edə bilməsi üçün lazımlı enerjini günəşdən alan maddə xlorofildir. İnsanlar üçün qan nədirsə, bitkilər üçün də xlorofil odur. Maraqlıdır ki, xlorofil insan qanının ən əhəmiyyətli maddəsi olan hemoqlobin ilə kimyəvi olaraq bənzərlik daşıyır. Fərq isə, hemoqlobinin mərkəz atomunun dəmir, xlorofilin mərkəz atomunun maqnezium olmasıdır.

Xlorofilin faydaları:
 
1-Toxumaların böyüməsinə və sağalmasına köməkçi olur.
2-Tənəffüs zamanı havanın təmizlənməsinə köməkçi olur.
3-Kalsium kimi ağır mineralların və civə kimi ağır metalların bədəndən atılmasında faydalıdır.
4-Qırmızı qan hüceyrəsi istehsalını artıraraq toxumalara daha çox oksigen getməsini təmin edir.
5-Hüceyrələrə zərər verən sərbəst radikallara qarşı mübarizə aparır.
Xlorofil mənbələri:
Yaşıl yarpaqlı bitkilər xlorofil qaynağıdır. Bu bitkilərin bişirilməsi bitkidəki xlorofilin böyük hissəsini yox edir. Bu bitkilərin çiy istehlak edilməsi, ya da gicitkən otu kimi bitkilərin qaynadılmadan yalnız dəmlənərək istehlak edilməsi xlorofilin ziyan görməməsi baxımından daha faydalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR