Bu ölkə təbii fəlakətlərə görə paytaxtını dəyişir

Bu ölkə təbii fəlakətlərə görə paytaxtını dəyişir
21:33 2 May 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziya paytaxtı Cakartanı dəyişməyə hazırlaşır.

Publika.az xəbər verir ki, Cakartada tez-tez baş verən təbii fəlakətlər səbəbindən, eyni zamanda başqa şəhərlərin inkişafına təkan vermək məqsədilə hökumət paytaxtın dəyişdirilməsi layihəsi üzərində işləyir.

İndoneziyanın Milli inkişaf nazirliyinin açıqlamasına görə, Cakartadakı zəlzələ riski, subasmalar və nəqliyyat problemləri belə bir layihənin reallaşdırılmasını gündəmə gətirib.

Paytaxt ola biləcək şəhərlərin siyahısının ilin sonuna qədər hazırlanması nəzərdə tutulur. İndoneziyanın ən böyük adası olan Kalimantanın mərkəzində yerləşən Palangkaraya şəhərinin paytaxt seçiləcəyi isə əsas ehtimaldır. (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR